Böyükağa Hacıyev-65! - PFL belə yad etdi 

Böyükağa Hacıyev-65! - PFL belə yad etdi 

Bu gün "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin yubileyidir. 

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası 65 yaşı olan mərhum mütəxəssislə bağlı videomaterial paylaşıb.  

Böyükağa Hacıyev 20 aprel 1958-ci ildə Naxçıvanda dünyaya gəlib. Futbolçu karyerası ərzində (1977-1991) "Araz Naxçıvan"ın formasını geyinib. 1999-2000-ci illərdə bu komandanı çalışdıran Böyükağa Hacıyev 2002/03 mövsümündə Təbrizin "Maşınsazi" klubunda köməkçi məşqçi, 2003/04 mövsümündə baş məşqçi olub. 2004/05 mövsümündə "Traktorsazi"ni çalışdıran mütəxəssis 2005-ci ildə Azərbaycan millisində məşqçi işləyib.

Böyükağa Hacıyev ardınca "Bakı" (2006-2007), "Standard" (2009-2010) və "Neftçi" (2011-2013, 2014) klublarına başçılıq edib. 2006-cı ildə mövsümün sonuna 8 tur qalmış "Bakı"nın baş məşqçisi təyin olunub və komandanı çempion edib. "Neftçi" 2011/12 və 2012/13 mövsümündə çempionluq titulunu qazanıb. Böyükağa Hacıyev 2012/13 və 2013/14 mövsümlərində Azərbaycan Kubokunu qazanıb.

"Neftçi" onun rəhbərliyi altında 2012-ci ildə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Böyükağa Hacıyev 2018-ci ilin 16 martında vəfat edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər