Buskets qərarını verdi - Nə vaxt gedir?

Buskets qərarını verdi - Nə vaxt gedir?

Serxio Busketsin "Barselona"dan ayrılacağı tarix açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən jurnalist Matteo Moretto yayıb.

O, "Barselona" rəhbərliyinin müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq Busketslə yeni anlaşma imzalamaq istədiyini, lakin 34 yaşlı futbolçunun gələn yay MLS klublarından birinə keçməyi hədəflədiyini bildirib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin öz yetirməsi olan Buskets bütün karyerasını keçirdiyi klubun forması ilə ümumilikdə 676 matça çıxıb. Bu qarşılaşmalarda 18 qol vuran Serxio 40 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər