"Lill"in prezidenti Olivier Letanq türk hücumçu Burak Yılmazın gələcəyindən danışıb.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, o, adı "Nitsa"ya keçəcəyi deyilən Yılmazın komandada qalacağını söyləyib:
"Nitsa"nın bizdən xəbərsiz Burakla danışık apardığını bilirik. Türk hücumçu mənə və baş məşqçiyə komandada qalmaq istədiyini deyib. Ayrılmaq fikri yoxdur. Klubunu dəyişməyəcəyinə əminik".
Qeyd edək ki, Burak ötən mövsüm Fransa çempionatında meydana çıxdığı 28 matçda 16 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.