Burak Yılmaz keçmiş klubuna qayıdır

Burak Yılmaz keçmiş klubuna qayıdır

Burak Yılmaz Çinin "Pekin Quoan" klubundan ayrıla bilər. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, "Trabzonspor" keçmiş futbolçusunu geri qaytarmaq üçün fəaliyyətə başlayıb. Klub prezidenti Muharrem Usta israrla transfer etmək istəliyi Burak Yılmaza illik 3 milyon avro maaş verməy hazırdı. Bu məbləğ futbolçunun Çindəki qazancının yarısıdı.

Çindəki həyat tərzinə alışmaqda çətinlik çəkən Burak Yılmazın "Trabzonspor"a keçmək ehtimalının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Burak Yılmaz 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış edib. Trabzon klubu onu "Qalatasaray"a 5 milyon avroya satmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər