Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi

"Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanı bundan sonra Ralf Hazenhüttl çalışdıracaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Lakin bildirilir ki, tərəflər arasında sözləşmə uzunmüddətlidir.

56 yaşlı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Niko Kovaçı əvəzləyib.  

Hazenhüttl əvvəllər "Sauthempton", "Leypsiq" və "İnqolştadt" komandalarına rəhbərlik edib.

"Volfsburq" hazırda Bundesliqanın turnir cədvəlində 25 xalla 14-cüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər