Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu

Almaniyanın "Köln" klubu baş məşqçisi Şteffen Baumqartla vidalaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.   "Köln" hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb.

Baumqart 2021-ci ildən "Köln"ü çalışdırırdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər