Buffon Moskva "Spartak"ına keçir? - Agenti açıqladı

Buffon Moskva "Spartak"ına keçir? - Agenti açıqladı

"Parma"nın qapıçısı Canluici Buffonun agenti Silvano Martina məşhur qolkiperin Moskva "Spartak"ına keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sport-ekspress" onun söylədiklərini belə çatdırıb:

"Bunu ilk dəfə eşidirəm. Həqiqətlə heç bir əlaqəsi olmayan məlumatdır. Buffonun "Parma" ilə müddəti 2023-cü ilin yayına qədər olan müqaviləsi var".

Daha öncə "Spartak"ın yeni baş məşqçisi Paolo Vanolinin "Parma"nın B Seriyasındakı nəticələrindən narazı olan (sözügedən klub turnir cədvəlində 20 komanda rasında 14-cü pillədə mövqe tutub) 43 yaşlı qapıçını Moskva təmsilçisinə gətirmək istədiyi barədə informasiyalar yayılmışdı.

Buffon "Parma" ilə ötən ilin yayında müqavilə bağlayıb. Bu mövsüm B Seriyasında 18 oyuna çıxan İtaliya millisinin sabiq üzvü 20 qol buraxıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər