Koronavirusa yoluxma və ölüm sayının artması səbəbilə Rusiyanın paytaxtı Moskva şəhərində sərt karantin rejimi elan olunub.
Fanat.Az "Rossiya 1" telekanalının saytına istinadən xəbər verir ki, şəhərin meri Sergey Sobyanin pandemiyaya görə 28 oktyabrdan 7 noyabra qədər şəhərdə qeyri-iş günləri təyin edib.
Bu rejim idmana da təsir edəcək. Belə ki, qaydaya əsasən, mədəni, əyləncəli, idman və digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Qeyd edək ki, "Rospotrebnadzor" nəzarət qurumunun razılığı əsasında beynəlxalq yarışların (Çempionlar Liqası, Avropa Liqası) azarkeşsiz keçirilməsi mümkün olacaq.
Emin Şəmsiyev