"Bu, sadəcə forma deyil, gələcəyə ümiddir" - FOTOLAR

"Bu, sadəcə forma deyil, gələcəyə ümiddir" - FOTOLAR

Danimarkalı fotojurnalist Jan Qrarupun Sudan səfəri zamanı çəkdiyi maraqlı fotosu idman dünyasının gündəminə çevrilib.

Fanat.Az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Cənubi Sudanda müharibə fotoqrafı qismində fəaliyyət göstərən Qrarup xarabalıqlarda aclıqdan əziyyət çəkən və əynində "Milan"ın köhnəlmış forması olan uşaq görüb.

"Bu, sadəcə forma deyil, gələcəyə ümiddir" - FOTOLAR

"Milan"ın azarkeçi olan fotoqraf uşağa yeni forma verib və köhnəlmiş köynəyi ondan alıb. Jan həmin formanı kluba bağışlayıb və "Milan" rəhbərliyi Cənubi Sudan uşaqlarına dəstək olaraq UNICEF-ə yüksək miqdarda ianə bəxş edib.

"Bu, sadəcə forma deyil, gələcəyə ümiddir" - FOTOLAR

Televiziya kanallarından birinə danışan Qrarup "Bu artıq sadəcə forma deyil, aclıqdan əziyyət çəkənlərin gələcəyinə olan ümiddir", - deyib.

Həmin forma hazırda Milandakı "Mondo Milan" muzeyində saxlanılır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər