"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda "Olimpiakos"la qarşılaşıb. Fanat.Az xəbər verir ki, qolsuz heç-heçə (0:0) başa çatandan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlama verərək matçı belə dəyərləndirib: "Oyun pis alınmalı idi. Yaxşı komandaya qarşı oynadıq. Gərginlik var idi, çünki uduzmamalıydıq. Rəqibi yaxın buraxmaq olmazdı. Hiss olunurdu ki, "Olimpiakos" oyuna yaxşı hazırlaşıb. Aktiv, mobil idilər. Kadinin zədələnməsi planımıza təsirsiz ötüşmədi. Birinci hissədən sonra da ayağında ağrı var idi. Belədə əvəzləməli olduq. Qrupdakı vəziyyətə gəlincə, sona yaxınlaşdıqca gərginlik artır. "Nant"ın hələ də şansı qalır. Bizimlə öz meydanlarında oynayacaqlar. Onlarla oyunda soyuqqanlı olmalıyıq. Vaxt var və hazırlaşacağıq".
"Bu oyunda uduzmaq olmazdı" - Qurban Qurbanov
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
13:22
23.10.2026
"Sabah" bir addım öndədir" - Şahin Diniyev derbi barədə danışdı
Azərbaycan futbolu
09:28
23.10.2026
Azərbaycan qitədə neçəncidir? - UEFA reytinqi
Azərbaycan futbolu
09:00
23.10.2026
MPL: "Araz-Naxçıvan" ilk qələbə arzusunda, "Zirə" "qara zolaq"dan çıxmaq əzmindədir
Azərbaycan futbolu
23:58
22.10.2026
Portuqaliya mətbuatı "Şamaxı"dan yazdı: "Yalnız "Qarabağ"a uduzublar"