"Bu nəticədən sonra başımızı itirməli deyilik" - Alessandro Bastoni

"Bu nəticədən sonra başımızı itirməli deyilik" - Alessandro Bastoni

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda əzəli rəqibi "Milan"ı 2:0 hesabı ilə yenən "İnter"in müdafiəçisi Alessandro Bastoni görüşü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini klubunun rəsmi saytına bölüşüb:

"Oyunun əhəmiyyətini dərk edir, "Milan"ın necə oynadığını bilirdik. Taktiki və texniki hazırlığı bir kənara qoysaq, yüksək motivasiya həlledici məqam sayılmalıdır. Hə, bu, Çempionlar Liqasının yarımfinalı idi. Belə səviyyəli oyunlarda mübarizə aparmaq xüsusi hissdir. Yaxşı başlamağı hədəfləmişdik və bunu bacardıq. Ancaq bu nəticədən sonra başımızı itirməli deyilik. Altı gündən sonra bizi daha bir çətin qarşılaşma gözləyir".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər