"Bu nəticə qəbulolunmazdır" - David de Xea

"Bu nəticə qəbulolunmazdır" - David de Xea

İngiltərə Premyer Liqasının son turunda "Liverpul"a 0:7 hesabıyla uduzan "Mançester Yunayted"in qapıçısı David de Xea azarkeşlərə səslənib.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək, səfərdəki biabırçılığa görə üzrxahlıq edib: 

"Bilirəm ki, belə bir gündə mesaj yazmaq çox da uyğun deyil. Bizim üçün faciəli bir andır. Belə bir nəticə - xüsusən indiki mövsümdə - sadəcə, qəbuledilməzdir. Hər şeydən əvvəl bizim kluba borcumuz var. Məsuliyyət daşıyırıq, yaxamızdakı emblem üçün oynayırik. Qarşıda bir çox matçımız var, indi gələcəyə baxmalıyıq".

Qeyd edək ki, "Mançester Yunayted" buna qədər son 11 matçda uduzmamaqla uğurlu seriya əldə etmişdi. "Qırmızı şeytanlar" Premyer Liqada 49 xalla 3-cü pillədə qərarlaşıb.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər