Bu liqalarda yalnız çempionlar mükafatlandırılacaq

Bu liqalarda yalnız çempionlar mükafatlandırılacaq

Yeni mövsümdə Azərbaycanda təşkil olunacaq  I və II liqada, həmçinin əvəzedicilərin yarışında yalnız çempionlar mükafatlandırılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

Qurum rəsmisi bildirib ki, 2023/2024 mövsümündə adıçəkilən liqalarda 2-3-cü yerləri tutanlar gümüş və bürünc mükafat almayacaqlar. O, çempionatlarda yalnız qaliblərin mükafatlandırılacağını bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər