"Bu inamın qarşılığını ..." - Rövlan Muradov

"Bu inamın qarşılığını ..." - Rövlan Muradov

Çin təqviminə görə, 2022-ci il Pələng ilidir.

28.03.1998-ci il tarixində, yəni Pələng ilində göz açan millimizin və "Qəbələ"nin futbolçusu Rövlan Muradov ilə söhbət etdik. 

Ölkə futbolunun 24 yaşlı "pələng"i arxada qalan 2021-ci ili dəyərləndirib və gələcək planları ilə bağlı Fanat.Az-a danışıb:

- Artıq ölkə çempionatında ilk yarı başa çatıb. Geridə qalan 14 turu necə qiymətləndirirsiniz?  - XIV tur ərzində maksimum əlimizdən gələni etməyə çalışdıq. Şükürlər olsun ki, ilk yarını ikinci pillədə başa vurduq. Bunun davamını gətirmək istəyirik. 

- Bəs başa çatan 2021-ci ilin özünüz üçün uğurlu hesab edirsiniz?  - Uğurlu sayıram. İlk dəfə milliyə dəvət aldım. Düzdür, debüt edə bilmədim, amma əsas odur ki, dəvət aldım. 14 tur ərzində 3 qol və 5 məhsul ötürmə ilə yadda qaldım. Baş məşqçimiz mənə güvəndi və əsas heyətdə mənə daha çox yer verdi. Bu inamın qarşılığını artıqlaması ilə meydanda göstərməyə çalışacağam. 

"Bu inamın qarşılığını ..." - Rövlan Muradov

-  Yeni ildə həyatınızda və ya karyeranızda hansısa dəyişiklik etmək planınız var?  - Yeni ildə də bununla kifayətlənmək olmaz. Hələ heç bir şey etməmişəm. Çalışacağam ki, həm özüm, həm komandam üçün daha yaxşı nədirsə, artıqlaması isə onu edim. Planım daha çox məşq etmək, daha çox öz üzərimdə işləməkdir. 

- Rövlan, Çin təqviminə görə, Pələng ilində doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçükli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. Pələng ilində dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. Pələng ilində doğulanlar peşə və karyerasında uğurlu olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə yol açır... Güclü romantik xarakterə sahibdirlər. Bu xüsusiyyətlərdən hansına sahibsiniz?  - Sadalanan xüsusiyyətlərin demək olar ki, hamısı məndə var. Çox şeylər başıma gəlib və gəlir. Lakin bu haqda ancaq bu qədər danışan bilərəm . (gülür)...

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər