Bu gün Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Bu gün Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Bu gün Türkiyənin Antalya şəhərində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbər vəzifələrinə seçkilər keçiriləcək.

Fanat.Az xəbər verir ki, 83-cü Konqresə təsadüf edən seçkidə qurumun prezidenti postu uğrunda 2 namizəd mübarizə aparacaq.

Bunlardan biri FIG-in yaponiyalı hazırkı prezidenti Morinari Vatanabe, digəri isə Azərbaycanın yeni gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovdur. Vatanabe indiki vəzifəsində 2016-cı, Qayıbov isə 2017-ci ildən çalışır.

Konqresə 130 üzv milli federasiyadan 340 nümayəndə qatılıb. Əslində tədbir 2020-ci ilin oktyabrında keçirilməli idi. Lakin COVID-19-a görə səfərlərlə bağlı çoxsaylı məhdudiyyətlər və çətinliklər üzündən toplantı bu ilə təxirə salınıb.

Bu gün Fərid Qayıbov FIG prezidenti seçilə bilər

Jurnalistlər üçün qapalı seçkidə milli federasiyalar FIG prezidentindən əlavə, 3 vitse-prezident, 7 İcraiyyə Komitəsi üzvü, 21 Şura üzvü, "Gimnastika hamı üçün" komitəsinə 6 üzv, gimnastikanın hər bir növü üzrə texniki komitəyə prezident və 6 üzv, həmçinin 2 auditor seçəcəklər. Bədii gimnastika üzrə texniki komitənin üzvlüyünə namizədlərdən biri Azərbaycan təmsilçisi Natalya Bulanovadır. Onun ümumilikdə 14 rəqibi var.

Yeni seçilənlər vəzifələrinin icrasına 1 yanvar 2022-ci ildə başlayacaqlar. Onlar Tokio-2020 Yay Olimpiya Oyunlarının bu ilə təxirə salınması üzündən 4 il yox, 3 il - 2024-cü il dekabrın 31-dək fəaliyyət göstərəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər