Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün Misli Premyer Liqasında 2024/2025 mövsümünün püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlayacaq.

33-cü Azərbaycan çempionatında 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.

Premyer Liqada yeni mövsüm avqustun 2-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər