"Bu, gördüyüm ən axmaq hərəkətdi" - Kiryos Cokoviçə söz atdı

"Bu, gördüyüm ən axmaq hərəkətdi" - Kiryos Cokoviçə söz atdı
Təşkilatçı Novak Cokoviçlə yanaşı, "Adria Tour"da iştirak edən Borna Çoriç, Qriqor Dimitrov və Viktor Troitski kimi tennisçilər koronavirusa yoluxublar.
Fanat.Az xəbər verir ki, Nik Kiryos "Twitter" hesabında, Cokoviçin bir neçə gün öncə turnirin iştirakçıları üçün təşkil etdiyi partidən görüntüləri paylaşaraq qeyd edib:
"Dualarım koronavirusa yoluxan bütün tennisçilərin yanındadı. Amma bundan sonra mənim etdiyim hərəkətləri "məsuliyyətsizlik" və ya "axmaqlıq" adlandırmayın. Bu, gördüyüm ən axmaq hərəkətdi".
Avstraliyalı tennisçi özünəməxsus hərəkətləri ilə tennis dünyasında tanınır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər