"Real"ın ulduzu Kriştiano Ronaldo özünə məxsus CR7 brendinin yeni kişi alt paltarı kolleksiyasının reklamına çəkilib. Fanat.az xəbər verir ki, portuqaliyalı yarıçılpaq şəkildə kamera qarşısına keçib.
"Reklam kampaniyasında kətan qismində bədənimdən istifadə etdik. Mənimçün yeni, hətta şən bir təcrübə idi. Əvvəlcə həyəcanlı idim, amma beş dəqiqə sonra özümü əla hiss etdim. Doğrudur, çəkilişlərin sonuna yaxın parlaq piqmentlər bədənimdə, saçlarımda, hətta gözlərimdə idi", Ronaldo deyib.
Futbolçu CR7 brendinin ilk kolleksiyasını 2013-cü ildə təqdim edib. Brendin kreativ direktoru amerikalı dizayner Riçard Çaydır.
Fanat.az