"Bu, bizim günahımızdır" - Darvin Nunyes

"Bu, bizim günahımızdır" - Darvin Nunyes

"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyes Yürgen Kloppun "Liverpul"u tərk etməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "This is Anfield" onun sözlərini belə çatdırıb:

"Onun gedəcəyini heç kim gözləmirdi. Hamımız şoka düşdük. Təəssüf ki, Klopp getdi. Şəxsən mən istəyərdim ki, o, komandanı qalib ruhu ilə tərk etsin, amma alınmadı. Etiraf edim ki, bu, bizim - futbolçuların günahıdır. Kloppa hər şeyin ən yaxşısını arzulayıram".

Qeyd edək ki, 2023/2024 mövsümündə bütün turnirlərdə 54 matça çıxan Nunyes 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Nunyesin transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər