"Liverpul"un sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Ceymi Karrager İngiltərə premyer Liqasının 27-ci turunda "Arsenal"a 0:6 hesabı ilə uduzan "Şeffild Yunayted"i sərt şəkildə tənqid edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Məncə, bu, biabırçılıqdır. Meydanda yalnız bir komanda var idi. Mövcud reallıq adamı şoka salır. "Şeffild"in oyunundan danışsam, deməliyəm ki, indiyədək gördüklərim arasında ən bərbadı idi. Ağlıma daha pis nəsə gəlmir".
Qeyd edək ki, 27 tura 13 xal toplaya bilən "Şeffild Yunayted" İPL-in turnir cədvəlində sonuncu - 20-ci pillədə mövqe tutub.
Nihat