Britaniyanın boks ümidi qəzada dünyasını dəyişdi

Britaniyanın boks ümidi qəzada dünyasını dəyişdi

Britaniyanın ən böyük boks ümidi, Əmir Xanın varisi sayılan Əli Taazem avtomobil qəzasında həlak olub.

Fanat.Az xəbər verir ki, bu barədə onun promouteri Sem Cons "Twitter" hesabından paylaşım edərək ictimaiyyəti məlumatlandırıb.  

18 yaşlı istedadlı boksçu ötən gecə Vulverhemptonda avtomobil qəzasına düşüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, Əli Tazeem hadisə yerində keçinib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və yaxın vaxtda ətraflı məlumat veriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər