BOS-dakı VAR mərkəzi bağlandı

BOS-dakı VAR mərkəzi bağlandı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. Qeyd edək ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

AFFA ötən mövsümlərdə olduğu kimi, Misli Premyer Liqasının və Azərbaycan Kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər