“Borussiya”dan inamlı qələbə

“Borussiya”dan inamlı qələbə

Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə iki görüş baş tutub.

“Union Berlin” evdə “Darmştadt”a qalib gəlib. Dortmund “Borussiya”sı da “Boxum”u xalsız yola salıb.

Hazırda 49 xalı olan “Bayer” vahid liderdir. “Bayern” 47 xalla 2-ci, 37 xalı olan “Ştutqart” 3-cü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 36, “Leypsiq” 33, “Ayntraxt” 31 xal toplayıb.

Almaniya Bundesliqası 19-cu tur 26 yanvar

Ayntraxt – Maynts 1:0 Qol: M.Götse, 73.

27 yanvar

Auqsburq – Bayern 2:3 Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.

Hoffenhaym – Haydenhaym 1:1 Qollar: Kramariç, 45+7 – Dinkci, 29.

Ştutqart – Leypsiq 5:2 Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.

Verder – Frayburq 3:1 Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.

Volfsburq – Köln 1:1 Qollar: Paredes, 40 – Alidu, 38.

Bayer – Borussiya (Mönxenqladbax) 0:0

28 yanvar

Union Berlin – Darmştadt 1:0 Qol: Hollerbax, 62.

Borussiya (Dortmund) – Boxum 3:1 Qollar: Fullkruq, 7-pen; 72; 90+1 – Şlotterbek, 45-öz qapısına.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər