Boksçu ölkə prezidentlyinə namizəd olacaq

Boksçu ölkə prezidentlyinə namizəd olacaq

Filippinli boksçu və senator Emmanuel Dapidran Pakyao 2022-ci il seçkilərində prezidentliyə namizəd olacaq.

Fanat.Az xəbər verir ki, onun namizədliyi Filippin Demokratik Xalq Hakimiyyəti Partiyasından irəli sürülüb. Bundan əvvəl partiya senator Kristofer Bonqu Qonun namizədliyini irəli sürsə də, o, bundan imtina edib.

Sentyabrın əvvəlində Fillipinin hazırkı prezidenti Rodriqo Duterte gələn il prezident seçkilərində namizəd olmayacağını, vitse-prezident vəzifəsinə iddialı olduğunu bildirmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər