Boatenqin yeni klubu bilindi - RƏSMİ

Boatenqin yeni klubu bilindi - RƏSMİ

Təcrübəli alman müdafiəçi Jerom Boatenq karyerasını İtaliyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Salernitana" klubu 35 yaşlı oyunçunu transfer etdiyini rəsmən açıqlayıb. 

Boatenq A Seriya klubu ilə bu mövsümün sonuna qədər müddətə müqavilə imzalayıb. O, "Salernitana"da 5 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, Boatenq ötən yaydan bəri - "Lion"dan ayrıldıqdan sonra azad agent statusundadır. 

Müdafiəçi əsasən "Bayern Münhen"dəki çıxışı ilə tanınır. 

"Salernitana" hazırda İtaliya çempionatının turnir cədvəlində sonuncu, 20-ci yerdədir. Komanda növbəti oyununu bazar günü, fevralın 4-də səfərdə “Torino”ya qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər