"Bizi göydən yerə çırpdılar" - Marko Verratti

"Bizi göydən yerə çırpdılar" - Marko Verratti

İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlubiyyətdən (0:1) danışıb.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi yerli mətbuata açıqlamasında nəticəni həzm etməyin çətin olduğunu deyib:

"Çox məyusuq... Hər şey kabus kimi idi. Bu komanda ilə dünya çempionatında uğur qazana bilərdik. Sanki bizi göydən yerə çırpdılar. Hamımız bilirik ki, komanda qələbə üçün hər şeyi etdi. İndi özümüzə suallar verməyin vaxtıdır".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər