Birgüllə final şansı

Birgüllə final şansı

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub. Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub. Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də başlayacaq.

53 kq Təsnifat: Elnurə Məmmədova - Otqontuya Çinbold (Monqolustan) 2:12

62 kq 1/4 final: Birgül Soltanova - Dilnaz Sazanova (Qırğızıstan) 9:7 1/2 final: Birgül Soltanova - Devi Sancu (Hindistan)

65 kq 1/8 final: Nigar Mirzəzadə - Noemi Şabados (Macarıstan) 7:5 (tuşe) 1/4 final: Nigar Mirzəzadə - Amina Kapezan (Rumıniya) 1:3 Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər