Bir mövsümlük ulduzlar

Bir mövsümlük ulduzlar

Futbol tarixində bir çox futbolçular karyeralarına möhtəşəm performans ilə başlasalar da, bu çıxışı və uğuru davamlı etməyə müvəffəq olmurlar. Xüsusilə də dünyanın top çempionatlarından biri olan İngiltərə Premyer Liqasında bir mövsümlük parlayıb-sönən ulduzlar çox olub. 

Fanat.Az belə futbolçulardan bir neçəsi haqqında məlumatı təqdim edir: 

Roke Santa Kruz

Paraqvaylı hücumçu ilk baxışdan ümidverici təsir bağışlamışdı. O, 2007-2008 mövsümündə "Blekbern"in heyətində 19 qolla yadda qaldı. Ancaq həmin mövsümdən sonra özünü yaxşı tərəfdən göstərə bilmədi.

Buna baxmayaraq, "Old Trafford"da "Mançester Yunayted"in qapısına baxımlı qol vuraraq "Mançester Siti"nin nəzərini öz üzərinə çəkdi. 2009-cu ildə "şəhərlilər" böyük ümidlərlə Kruzu heyətinə qatsa da, 20 oyunda meydana çıxan futbolçu cəmi 3 dəfə fərqlənə bildi.

Əmr Zəki

Misirli futbolçu Premyer Liqada cəmi bir yaddaqalan mövsüm keçirib. O, icarə əsasında oynadığı "Uiqan"ın nəticələrinə tezliklə təsir etməyə başlayır. İlk 6 oyununda 5 top vuran hücumçu "Enfild"də "Liverpul"un qapısından keçirdiyi inanılmaz qolla diqqətləri üzərinə cəlb edir. Lakin Zəkinin parlaq çıxışı elə də uzunmüddətli olmur. 2009-cu ilin aprel ayında forvard milli komandasına yollanır və İngiltərə klublarından aldığı təklifləri rədd edir.

"Uiqan"dan ayrıldıqdan sonra çıxış etdiyi 6 klubun heyətində cəmi 25 oyun keçirən Zəki 3 qol vurmağa müvəffəq olub.

Əmr Zəki 2015-ci ildə Misirin "Erab Kontraktors" klubunda karyerasını başa vurub.

Endi Conson

"Kristal Pelas"ın əfsanəsi 2004-2005 mövsümündə Premyer Liqada 21 qol vurur. Həmin mövsüm yalnız "Arsenal"ın ulduzu Tyeri Anri daha çox qol vura bilmişdi. Forvard İngiltərə millisinə çağırılmaq üçün kifayət qədər iş görmüşdü. Lakin onun da ulduzu tezliklə "söndü". Belə ki, 2006-cı ildə komandasını tərk edərək "Everton", daha sonra isə "Fulhem" və "Kuinz Park Rencers" kimi klublara keçir və heç birində baxımlı oyun ilə fərqlənə bilmir. 

Endi Conson 2014-cü ildə yenidən “Kristal Pelas”a qayıdır və hazırda klubun səfiridir.

Markus Styuart

"İpsviç Taun" klubunun əfsanəsi Styuart 2000-2001 mövsümündə vurduğu 19 qolla hər kəsin rəğbətini qazanır. Ancaq çox istəsə də, hücumçuya İngiltərə millisindən dəvət gəlmir.

Növbəti mövsüm 35 oyunda cəmi 8 qolla yadda qalan Markus sonradan "Sanderlend"ə keçir və bir daha yüksək performans ilə fərqlənmir. Hətta əsas heyətə belə düşməkdə çətinlik çəkir. Styuart 2011-ci ildə karyerasını başa vurub.

Miçu

"Suonsi" klubu debüt mövsümündə göstərdiyi performansa aldanaraq ispan hücumçunu 30 milyon funt-sterlinqə satmaqdan imtina edir. Onun 2012-2013 mövsümündə vurduğu 18 qol karyerasında göstərdiyi ən yaxşı nəticə olur. Sonradan 2 mövsümə cəmi 4 qol vuran futbolçu klubu tərk edir. Çıxış etdiyi "Laqreno" və "Real Ovyedo"da isə 40 matçda meydana çıxır və cəmi 13 qol vurmağı bacarır. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər