Pensilvaniya ştatının (ABŞ) Filadelfiya şəhərində yerləşən "Wells Fargo Center" arenası idman qurğusundan nə qədər səmərəli istifadə oluna biləcəyini göstərib.
Fanat.Az "Front Office Sports"ə istinadən xəbər verir ki, sözügedən arenada 8 gün ərzində 8 böyük tədbir keçirilib.
Videokameralar yanvarın 12-dən 19-a kimi arenada baş verənləri qeydə alıb:
Bu müddətdə arena dörd basketbol matçı, iki xokkey qarşılaşması, bir lakros oyunu və musiqi konserti keçirilib:
12 yanvar: NBA, "Filadelfiya 76s" - "Hornets" 13 yanvar: Keyn Braunun konserti 14 yanvar: NBA, "Filadelfiya 76s" - "Seltiks" 15 yanvar: Milli Lakros Liqası, "Filadelfiya Uinqs" - "Albani", MHL, "Filadelfiya Flayers" - "Rencers" 16 yanvar: Kolleceyt Basketbol, "Villanova" - "Batler" 18 yanvar: MHL, "Filadelfiya Flayers" - "Islanders" 19 yanvar: NBA, "Filadelfiya 76s" vs. "Mecik"
Qeyd verilir ki, arenada rekonstruksiya işləri aparılacaq və fərqli tədbirlərə ev sahibliyi edəcək.
Emin