Biliç 10 il sonra milli komanda çalışdıracaq

Biliç 10 il sonra milli komanda çalışdıracaq

Xorvatiyalı məşqçi Slaven Biliç Ukrayna milli komandasını çalışdıra bilər.

Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano sosial şəbəkə hesabında yayıb.

Xorvatiya mətbuatının yazdığına görə isə Biliç yenidən milli komandalarla işləməyə, konkret, Ukrayna seçməsinə rəhbərlik etməkdə maraqlıdır. Təcrübəli mütəxəssis pula önəm verməyəcək. Bildirilir ki, o, "Uotford"dan qovulduğuna görə kompensasiya alacaq. 

Biliç 2012-ci ildən -  Xorvatiya millisindən ayrıldıqdan sonra yığma komandaları çalışdırmayıb. O, son 10 ildə İngiltərə, Türkiyə, Çin və Səudiyyə Ərəbistanında çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər