Beynəlxalq karate turniri yekunlaşdı

Beynəlxalq karate turniri yekunlaşdı

Bakıda - Boks İdman Mərkəzində təşkil olunan 11-ci "Baku Open” beynəlxalq karate turniri başa çatıb.

 

Fanat.Az xəbər verir ki, dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə 7 ölkədən 744 idmançı və komanda mübarizə aparıb.

 

Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edib. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiya idmançıları da nəyə qadir olduğunu göstərməyə çalışıb.

4 günün nəticələrinə əsasən "Qara Qaplan" klubu birinci, "Arpaçay" ikinci, Mərkəzi karate məktəbi isə üçüncü yeri tutub. Yarışı 3 ölkədən 6 beynəlxalq və 32 milli dərəcəli hakim idarə edib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər