"Real"ın vingeri Qaret Beyl MLS klublarından birinə mümkün transferi barədə danışıb.
Fanat.Az xəbər verir ki, uelsli futbolçu "Hat-Trick" podyayımında, gələcəkdə ABŞ-da oynaya biləcəyini istisna etməyib:
"MLS xoşuma gəlir. Liqa yüksəlişdədi, gündən-günə inkişaf edir. Standartlar yüksəlir, klublar güclənməkdədi. Hazırda futbolçuların əksəriyyəti Amerikada oynamaq istəyir.
Təbii ki, bu, mənim də marağımda olan bir şeydi. Tətillərdə Los-Ancelesə getməyi sevirəm. Orada olanda tez-tez qolf oynayıram".
Cari mövsümdə La Liqada 14 matçda meydana çıxan Beylin aktivində 2 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az