Bəybalayev oynadı, komandası...

Bəybalayev oynadı, komandası...
Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi” də növbəti matçına çıxıb.
 
Azərbaycanlı yarımmüdafiəçinin komandası "Samqurali”nin qonağı olub və 1:1 hesablı heç-heçə edib.
 
27 yaşlı Vüqar start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, "Telavi” cari mövsümdə keçirdiyi 12 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında 9-cudur.
Fanat.Az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər