"Bəxtimiz gətirmədi" - Qəzənfər Abbasov

"Bəxtimiz gətirmədi" - Qəzənfər Abbasov

Birinci Liqanın 13-cü turunda MOİK evdə "Karvan"la qarşılaşıb. Görüş qonaq komandanın minimal hesablı 1:0 qələbəsi ilə yekunlaşıb.

"Hərbiçilər"in baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Karvan"la oyun barədə onu deyə bilərəm ki, futbolçularım oyuna yaxşı başladılar. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qol vura bilmədik. Hər iki komanda meydanda mübarizə apardı. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Görüşün sonlarında künc zərbəsindən qol buraxdıq və məğlub olduq. "Karvan" komandasını təbrik edirəm".

Qeyd edək ki, MOİK 13 turdan sonra 22 xalla 4-cü yerdə qərarlaşıb və liderdən 6 xal geri qalır.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər