"Beşiktaş"da növbəti yoluxma

"Beşiktaş"da növbəti yoluxma

"Beşiktaş”ın heyətində yeni yoluxma aşkarlanıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Xəbərə görə, klubda aparılmış sonun koronavirus testlərindən ikisi pozitiv çıxıb. Virusa yoluxanlardan biri futbolçu, digəri isə texniki heyətin üzvüdür. 

Qeyd edək ki, daha öncə də bir futbolçuda COVİD-19 testinin cavabı müsbət çıxıb. 

Xatırladaq ki, İstanbul təmsilçisi bu gün Qətərin Doha şəhərində Türkiyə superkuboku çərçivəsində “Antalyaspor”la qarşılaşacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər