Bernardu Silvanın maaşı 2 dəfə artırılır - MƏBLƏĞ

Bernardu Silvanın maaşı 2 dəfə artırılır - MƏBLƏĞ

"Mançester Siti" 27 yaşlı yarımmüdafiəçisi Bernardu Silva ilə müqavilə yeniləməyə hazırlaşır.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola portuqaliyalının çıxışından çox razıdır və rəhbərliyə onu komandada saxlamağın vacibliyini çatdırıb.

Mənbə klubuyla olan indiki anlaşmasının müddəti 2025-ci ilin iyununda bitəcək futbolçunun maaşının iki dəfə artırılacağını vurğulayıb. Bu isə o deməkdir ki, Bernardu həftədə 351 min avro əməkhaqqı alacaq.

Qeyd edək ki, 2017-ci ildə "Monako"dan transfer edilən Silva bu mövsüm İngiltərə Premyer Liqasında 17 oyuna çıxaraq 7 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər