Berardi AÇ-2024-dən kənarda qalacaq - SƏBƏB

Berardi AÇ-2024-dən kənarda qalacaq - SƏBƏB

"Sassuolo"nun və İtaliya millisinin futbolçusu Domeniko Berardi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatından kənarda qalacaq. 

Fanat.Az A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ciddi zədə alan hücumçu əməliyyat olunacaq 6 ay futbol oynaya bilməyəcək.

Cari mövsüm "Sassuolo" forması ilə bütün turnirlərdə 18 oyun keçirən Berardi 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

2018-ci ildən İtaliya yığmasına çağırılan ön xətt oyunçusu məlum pandemiya səbəbindən 2021-ci ilin yayında keçirilən AÇ-2020-nin qalibidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər