"Roma"nın hücumçusu Paulo Dibala İspaniya La Liqasını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu bu barədə "Marca"ya danışıb.
"La Liqanı izləyirəm. Qavi və Pedrini bəyənirəm. Mən həmişə İnsyestaya heyran olmuşam. Belə oyun tərzi çox xoşuma gəlir. Bundan əlavə, Benzemanı keyfiyyətlərinə, meydanda hərəkət tərzinə heyranam. Son zamanlarda isə inanılmaz işlər görən Vinisiusu bəyənirəm".
Qeyd edək ki, Dibala heç vaxt İspaniya La Liqasında çıxış etməyib. 29 yaşlı hücumçu karyerası ərzində "Palermo", "Yuventus" və "Roma" kimi klubların formasını geyinib.
Röya