Benzemanın evi qarət olundu

Benzemanın evi qarət olundu

"Real”ın forvardı Kərim Benzemanın evi qarət olunub.

  

Fanat.Az xəbər verir ki, məlumatı "El Chiringuito” yayıb. Hadisə dünən baş verib. Həmin vaxt Benzema "Real”ın sıralarında "Barselona”ya qarşı top qovub.

 

İspaniya Kubokunun yarımfinalının cavab matçında 0:3 hesabıyla yenilərək (ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı) mübarizəni dayandıran Madrid təmsilçisinin hücumçusu evə qayıdandan sonra hadisədən xəbər tutub və polisə məlumat verib.

 

Oğurlanan əmlak və pulla bağlı isə heç nə açıqlanmayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər