Benzemadan 100 faizlik nəticə

Benzemadan 100 faizlik nəticə

İspaniya çempionatının son 32-ci turu çərçivəsində keçirilən "Sevilya" - "Real Madrid" oyununda (2:3) qələbə qolunu vuran Kərim Benzema şəxsi rekordunu yeniləyib.

Fanat.Az xəbər verir ki, bu mövsüm La Liqada çıxdığı 28 matçda 25 dəfə rəqib qapılarına yol tapan fransalı forvard karyerasının ən yaxşı nəticəsini müəyyənləşdirib.

Əlcəzair əsilli futbolçunun əvvəlki ən yüksək göstəricisi 2015/16 mövsümündə qeydə alınmışdı. Həmin "futbol ili"ndə Kərim 27 oyunda 24 qol vura bilmişdi.

Bu, həmçinin 34 yaşlı Benzema üçün cari mövsüm bütün turnirlər daxil olmaqla, çıxdığı 39 qarşılaşmada 39-cu qol olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər