Benzema rəsmən Səudiyyə Ərəbistanı klubunda

Benzema rəsmən Səudiyyə Ərəbistanı klubunda

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Madrid “Real”ından ayrılan Kərim Benzemanı heyətinə qatdığını rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

35 yaşlı hücumçu 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Benzema 2009-cu ildən “Real”da çıxış edirdi. O, Madrid təmsilçisinin heyətində 648 oyuna 354 qol vurub, 165 assist edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər