"Real"ın hücumçusu Kərim Benzema La Liqanın 29-cu turu çərçivəsində "Valensiya" ilə oynanılan matçda (3:0) dubl müəllifi olub.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Benzema "Real"dakı qollarının sayını 243-ə çatdırıb. Beləliklə, fransız forvard Ferents Puşkaşı (242) geridə qoyaraq "kral klubu"nun tarixinin ən məhsuldar 5-ci futbolçusu olub.
"Real"ın heyətində vurduğu qolların sayına görə rekordçu Kriştianu Ronaldudu (450). "İlk dördlük"də Raul (323), Alfredo Di Stefano (308) və Santilyana (290) kimi oyunçuların adlarına rast gəlmək mümkündü.
Fanat.Az