"Benzema MY-ni çox dəyişəcək"

"Benzema MY-ni çox dəyişəcək"

"Mançester Yunayted"in sabiq hücumçusu Lui Saha "qırmızı şeytanlar"ı nəzərəçarpacaq dərəcədə gücləndirəcək hücumçunun kim olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, AS nəşri fransalı veteranın söylədiklərini belə çatdırıb:

"Benzema "Mançester Yunayted"in hücum xəttini çox gücləndirər. Kərim hələ də çox peşəkardır. Ancaq o, MY-nin indi ehtiyac duyduğu ən vacib forvarddır. Benzemanın gəlişi onların qol vurmaq problemini aradan qaldırmağa imkan verər. Düzdür, bu, hələlik xəyaldır. Amma transfer baş tutsa, MY çox dəyişəcək".

Xatırladaq ki, Kərim Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. 

Bu mövsüm Benzema "Əl-İttihad"da 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər