Benzema gələcəyi ilə bağlı qərar verdi

Benzema gələcəyi ilə bağlı qərar verdi

Son günlər haqqında Avropa futboluna qayıdacağı ilə bağlı xəbərlər yayılan fransalı forvard Kərim Benzema gələcəyinə aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, 36 yaşlı ulduz yanvarda "Əl-İttihad"dan ayrılmaq fikrində deyil. 

Bu barədə tanınmış insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb. Xəbərə görə, Benzema bu mövsümü Səudiyyə Ərəbistanında bitirməkdə qərarlıdır. 

Benzema ötən yayda "Əl-İttihad"a keçib. Fransız hücumçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 20 rəsmi oyun keçirib və bu görüşlərdə 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər