Benzema derbidə oynayacaq? - Zidan açıqladı

Benzema derbidə oynayacaq? - Zidan açıqladı
"Real"ın baş məşqçisi Zinəddin Zidan əzələsi yırtılan Kərim Benzemanın son vəziyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, AS Əlcəzair əsilli fransalı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Ümid edirik ki, Kərim "Atletiko" ilə oyunda meydana çıxa biləcək. Amma bu da var ki, o, hələ komandayla birlikdə məşq etməyib. İstənilən halda, zədəsi düşündüyümüz qədər ciddi olmadı. İndi səhhətiylə bağlı ciddi problem yoxdur. Necə olacağını matçdan öncə biləcəyik".
Qeyd edək ki, La Liqa çərçivəsində keçiriləcək "Atletiko" - "Real" matçı sabah axşam saatlarında oynanılacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər