Benzema 13 il sonra ilk dəfə bunu bacarmadı

Benzema 13 il sonra ilk dəfə bunu bacarmadı

İspaniya La Liqasının XXII turu çərçivəsində "Real Madrid" "Elçe" ilə 2:2 hesablı heç-heçə edib. 

Fanat.Az xəbər verir ki, matç "Kral klubu"nun futbolçusu Kərim Benzema üçün uğursuz olub. 

Belə ki, fransız hücumçu görüşün 33-cü dəqiqəsində 11 metrlik zərbəni yerinə yetirə bilməyib.

Bununla da Benzema 2009-cu ildən çıxış etdiyi "Real Madrid"də ilk dəfə penaltidən fərqlənə bilməyib.

Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasında 50 xalla turnir cədvəlininin lideridir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər