Benites İngiltərəyə qayıdır

Benites İngiltərəyə qayıdır

Hazırda "Selta"da çalışan məşhur ispan məşqçi Rafael Benites cari mövsümün sonunda klubunu dəyişmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. 

Mənbənin məlumatına görə, əvvəllər "Liverpul", "Çelsi", "Nyukasl" və "Everton"a rəhbərlik edən 63 yaşlı çalışdırıcı yenidən İngiltərəyə qayıtmaq istəyir. "Dumanlı Albion"da Benitesin xidmətində iki klub maraqlıdır. “Bornmut” və “Brayton” yayda ispaniyalıya baş məşqçi postunu təklif etməyə hazırdır. 

Rafael Benites ötən yay "Selta"nın sükanı arxasına keçib. Tərəflər arasında hazırki müqavilənin müddəti 2026-cı ilin iyunun sonunda başa çatacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər