Bellingemin bu açıqlaması hamını təəccübləndirdi

Bellingemin bu açıqlaması hamını təəccübləndirdi

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem maraqlı açıqlama ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, "L'Équipe" onun dediklərini belə çatdırıb:

"Əvvəl futboldan xoşum gəlmirdi. Bilirəm, bu, təəccüblüdür. Çünki indi futbolu məndən alsalar, dəli olaram. Mən məşqə gedərkən otları, çiçəkləri toplayır, anama kiçik buketlər hazırlayırdım".

Xatırladaq ki, Bellingem "Real"a bu yay Dortmund "Borussiya"sından transfer olunub. "Kral klubu" 20 yaşlı futbolçu üçün Almaniya klubuna 103 milyon avro ödəyib. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər