"Bellingem Benzemanın əvəzləyicisi deyil, amma..." - Del Pyero

"Bellingem Benzemanın əvəzləyicisi deyil, amma..." - Del Pyero

"Yuventus"un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero Cud Bellingemin "Real Madrid"dəki rolundan danışıb.

Fanat.Az xəbər verir ki, "Madrid Universal" ulduz veteranın dediklərini belə çatdırıb:

"Bellingem Kərim Benzemanın əvəzləyicisi deyil, amma bu gün "Real"da məhz onu əvəzləyir. Kərimsiz "Real" rəqiblərinin müdafiə xəttini yarmaq üçün Cudun bacarıqlarından faydalanır".

Qeyd edək ki, Bellingem "Real"a bu yay Dortmund "Borussiya"sından transfer olunub. O, "Kral klubu"nun forması ilə bütün turnirlərdə çıxdığı 9 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər