Belarus Kubokunun sahibi müəyyənləşdi

Belarus Kubokunun sahibi müəyyənləşdi
Belarus Kubokunun final görüşü reallaşıb.
Fanat.Az xəbər verir ki, həlledici matçda BATE son çempionla - Brest "Dinamo"su ilə qarşılaşıb.
 
Minskdəki "Dinamo" stadionunda gerçəkləşən duelin nəticəsi 120 dəqiqəyə müəyyənləşib. Tərəflər əsas vaxtda qol vura bilməyib. Əlavə vaxtın birinci uzatma dəqiqəsində Zaxar Volkovun rəqibin qapı torrunu silkələməsi BATE-yə 1:0 hesablı qələbə gətirib.
 
BATE tarixində 4-cü dəfə Belarus Kubokunu başı üzərinə qaldıraraq yerli klublar arasında rekord müəyyənləşdirib. İndiyə qədər heç bir Belarus klubu bu turnirin baş mükafatına 4 dəfə sahib çıxmayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər